Braziliya karnaval turu həzzini bizimlə birlikdə yaşamaq üçün müraciət edin.

Belə ki, möhtəşəm karnaval turunu birlikdə yaşamaq üçün  hər il milyonlarla insanlar bu ölkəyə axın edirlər.

Braziliya tur qiymətləri artıq əlçatan oldu. Cənubi Amerikanı Aztur ilə kəşf edin!

Braziliya turunu gəzmədən əvvəl Braziliya haqqında qısa məlumatla tanış olun. Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdədir. 10- milyondan çox turistin üz tutduğu Braziliya bütün dünyada coğrafiyası, Atlantik Okeanın sahilləri, məşhur Braziliya turu karnavalları, özəlliklə Rio De Janeyro şəhərinin özünə məxsus gözəlliyi ilə  əyləncəli həyatı və dünyanın yeni yeddi möcüzəsindən biri olaraq İsa Məshin heykəli ilə məşhurdur. Braziliya turu Sizə unudulmaz təbii gözəlliklər, rəngarəng mədəniyyətlər və tarixi zənginliklərlə dolu bir macəra təqdim edir.   Aztur ilə siz Braziliya turunuzu maraqlı təcrübəyə çevirmək üçün lazım olan hər şeyi tapacaqsınız. 

 

Braziliya turları ilə görməli  olduğunuz yerlər.

Braziliyanın məşhur gəziləcək yerlərindən bəziləri bunlardır: Sao Paulo, Fortaleza, Paraty, Recife,Olinda,Manaus, Salvador, Rio De Janeiro,Leme çimərliyi  və digər maraqlı yerlər səyahətçilərin gəzintilərinə əyləncə qataraq daha da yadda qalan edir.

 

 1- Amazon Cəngəlliyi.

Braziliya turunuzun  vacib hissəsindəni biri də  dünyanın ən böyük yağışlı meşələrindən olan Amazona gəzinti olmalıdır. Dünyanın ağ ciyəri adlandırılır. Amazon meşəsi nəhəng biomüxtəlifliyi və təbii gözəlliyi ilə diqqəti cəlb edir. Bu meşənin dərinliklərində minlərlə bitki, heyvan və quş növlərinə rast gəlinir. Meşənin içərisində yüzlərlə çay və dərə var. Bu sular Amazon çayının nəhəng şəbəkəsinə qoşulur.Təbiətdə gəzintilər etmək, çay turları etmək və Amazon cəngəlliyində ekzotik bitki və heyvanları kəşf etmək imkanınız olacaq.  And dağlarının yüksək zirvələrindən  BraziliyaTuru ilə bu təzadlı torpaqları kəşf etməyə hazır olun!

2-  Rio de Janeyro gəzintisi.

Braziliya turunuzun ən əlamətdar yerlərindən biri şəhər həyatı və möhtəşəm çimərlikləri ilə məşhur olan Rio de Janeyrodur. De Janeyronu ziyarət edərkən Kopakabana və İpanema çimərliklərinə getmək mütləqdir. Bu məşhur çimərliklər qızıl qumları, heyrətamiz dəniz mənzərələri və canlı atmosferi ilə məşhurdur. Bu, çimərlikdə günəş vannası qəbul etmək, dənizdə üzmək və ya dənizkənarı restoranlarda yerli delikateslərdən dadmaq üçün əla fürsətdir.Siz şəhəri quş baxışı ilə görmək və unudulmaz mənzərələrdən həzz almaq üçün Corcovado dağına qalxa bilərsiniz.Rio-de-Janeyronun simvolu olan Kristo Redentorun heykəli Corcovado təpəsində ucalır və şəhərin möhtəşəm mənzərəsinə hakimdir. Heykəl 1931-ci ildə tikilib və Rionun simvoluna çevrilib. Siz qatarla təpənin zirvəsinə qalxa və oradan unikal panoramik mənzərə əldə edə bilərsiniz.

 

 3- Braziliya turu ilə Mədəni sərvətləri kəşf edin !

Braziliya müxtəlif mədəniyyət tarixini əks etdirən rəngarəng ölkədir. Salvador və Olinda kimi tarixi şəhərlərdə siz Portuqaliya müstəmləkəsi dövründən zərif binaları və küçələri araşdıra bilərsiniz. Siz həmçinin samba festivalları və yerli rəqsləri yaşayaraq Braziliyanın canlı mədəniyyəti ilə tanış ola bilərsiniz. Həmçinin Braziliya və Argentina sərhədində yerləşən İquasu şəlalələri də möhtəşəm təbiət möcüzəsidir. Xüsusilə Braziliyadan olan mənzərə sizi valeh edəcək.

4-Braziliya təamlarını dadın!

Braziliyanın yerli mətbəxi picanha,feyxoada, açai və coxinha kimi ləzzətlər yerli mətbəxin mühüm hissələridir. Bundan əlavə, burada dəniz məhsulları restoranları da çox məşhurdur. Braziliya  turu zamanı bu yerli delikatesləri dadmalı və məşhur caipirinha kokteylini mütləq dadmalısınız.Braziliya turu təbiətin füsunkar gözəllikləri və təsirli mədəniyyəti ilə sizi valeh edəcək bir təcrübə təqdim edir. İstər təbiət həvəskarısınız, istərsə də tarixi və mədəni sərvətləri araşdırmağa üstünlük verin, Aztur sizə Braziliya turu ilə  unudulmaz xatirələr yaşayacağınız bir gəzinti təklif edir. Aztur ilə Braziliyanı kəşf etmək və həyatınızın ən sehrli anlarını yaşamaq üçün bu tur fürsətini qaçırmayın!

Kampaniyalar