Mərakeş turu ilə Aztur ilə daha rahatdır.

Marakeş, "Tanrılar ölkəsi" deməkdir. Şəhərin torpağı qızılı olduğundan yerli əhali buranı “Qızılı şəhər” adlandırırlar. Adətən isti və quru iqlimə malikdir. Mərakeş tarixi və mədəni sərvətləri ilə məşhur olan bir şəhərdir. Bu füsunkar şəhər orta əsrlərə aiddir. Köhnə şəhər divarları, sarayları, bağları və ənənəvi bazarları ilə ziyarətçiləri valeh edir. Afrikanın şimalındakı əsrarəngiz bir şəhər olan Mərakeş haqqında bilməli olduğunuz ən əsas məqam şəhəri piyada asanlıqla gəzməkdir. Mərakeş turu ilə YUNESKO tərəfindən qorunan yerləri kəşf edəcəksiniz.

Mərakeş turu ilə gəziləcək yerlər.

Mərakeşin  ekzotik bitki növləri ilə dolu Majorelle bağları, Əhəmiyyətli simvollarından biri olan Kutubiye Məscidi və Souks adlı bazarları və daha necə gəziləcək yerlər haqqında ətraflı tanış ola bilərsiniz.

Mədinə (Köhnə Şəhər): Mərakeşin ürəyi hesab edilən Mədinə tarixi küçələri, əlişləri, sənətkarlıq ənənəvi restoranları ilə məşhurdur. Mədinəni gəzmək, Marakeşin tarixini və mədəniyyətini araşdırmaq üçün əla bir yoldur.

Koutoubia Məscidi: Mərakeşin simvolu olan bu möhtəşəm məscid İslam memarlığı ilə bəzədilib. Bağları da olduqca gözəldir və ziyarətçilər üçün əla istirahət yeri imkanı yaradır.

Bahia Sarayı: Bu saray Mərakeşin zərif memarlığını əks etdirən zərif bir binadır. Həyətlər, bağlar və otaqların bəzədilmiş bəzəkləri ziyarətçiləri valeh edir.

Jardin Majorelle: Fransız rəssamı Jacques Majorelle tərəfindən yaradılmış bu füsunkar bağ, ekzotik bitkiləri və mavi boyalı strukturları ilə məşhurdur.

 Saadian məzarları: Bu tarixi məzar kompleksi 16-cı əsrdə inşa edilib və Mərakeşin zəngin tarixini əks etdirir.

Aztur  ilə Mərakeş mətbəxini dadın!

Mərakeşdə yemək bir sosial təcrübədir. Açıq bazarlarında və  restoranlarda ənənəvi yeməklərdən həzz alaraq  yerli insanlarla ünsiyyət qura bilərsiniz.

Mərakeş mətbəxi ədviyyatlarla dolu şirin ləzzətlərin mükəmməl qarışığıdır. Mərakeş mətbəxinin ən əhəmiyyətli xüsusiyyəti ədviyyatların zəngin istifadəsidir.  Keşniş, zərdəçal, zəncəfil, və xüsusilə zəfəran tez-tez istifadə edilən ədviyyatlardandır. Zeytun yağı Mərakeş mətbəxinin əsas yağ mənbəyidir və bir çox yeməklərin əsas tərkib hissəsi kimi istifadə olunur.Mərakeş mətbəxi təzə inqrediyentlərin istifadəsinə böyük əhəmiyyət verir. Xüsusilə təzə tərəvəzlər, meyvələr və göyərti yeməklərin əsas tərkib hissəsidir.  Mərakeş turu zamanı bu yeməkləri dada bilərsiniz.

 Kuskus: Mərakeşin milli yeməyi hesab edilən kuskus buğda dənələrindən hazırlanan yüngül və dadlı yeməkdir. Adətən ət, tərəvəz və ədviyyatlarla verilir.

Tajine: Mərakeş mətbəxinin simvolu olan Tajine Ət (adətən quzu və ya toyuq), tərəvəzlər, quru meyvələr və ədviyyatlarla hazırlanır.

Pastilla: Pastilla nazik xəmirdən hazırlanmış və adətən toyuq, badam və ədviyyatlarla doldurulmuş şirin-dadlı yeməkdir.

Harirə: Bu qalın, ədviyyatlı şorba xüsusilə Ramazan ayında tez-tez istehlak edilir. Tərkibində noxud, mərcimək, ət və ədviyyat var.

Mechoui: Mechoui, qızardılmış quzu ətidir və tez-tez xüsusi hallarda yeyilir.

Mərakeş turu zamanı məşhur  desertləri də dada biləcəksiniz.  Paxlava, çebakiya, və s

Bütün bu ləzzətləri dadmaq və şərq tarixinə səyahət etmək istəyirsinizsə, Aztura indi müraciət edərək Mərakeş turuna qoşula bilərsiniz.

Kampaniyalar