Dubay turu unudulmaz səyahət istəyənlər üçün ideal turizm bölgələrindən hesab olunur. Bu şəhər müasir, dəbdəbəli və unikal attraksionları ilə ziyarətçiləri cəlb edir və dubay turu ziyarətçilərə zəngin mədəni,tarixi abidələr və əyləncə üçün kifayət qədər imkanlar təqdim edir.Əgər sizdə dubay səyahəti planlaşdırırsınızsa elə indi müraciət edib online qaydada dubay turu paketini sifariş edə bilərsiniz.

2937₼
5 Gün

Atlantis The Royal (The Palm Jumeirah, Dubai) 5* - 1728 USD

Dubay turu haqqında 

Dubay turu müasir, dəbdəbəli və unikal turistik yerləri ilə tanınan Birləşmiş Ərəb Əmirliklərinin ən məşhur turizm yerlərindən biridir. Dubayın ən məşhur turistik yerlərindən biri dünyanın ən hündür göydələni olan Burj Khalifa-dır. Burj Xəlifə 828 metr hündürlüyü ilə şəhərin simvoludur və ziyarətçilər göydələnin yuxarı mərtəbələrinə qalxaraq şəhərin möhtəşəm mənzərəsindən həzz ala bilərlər.

Dubay həm də lüks ticarət mərkəzləri ilə məşhurdur. Dubai Mall 1200-dən çox mağaza, restoran və əyləncə məkanı ilə dünyanın ən böyük ticarət mərkəzidir. Burada ziyarətçilər bir çox məşhur brendlərin məhsullarını tapa və alış-veriş edə bilərlər.

Dubay turu sizə süni adaları da ziyarət etmək imkanı verir. Palm Jumeirah dünyanın ən böyük süni adalarından biridir və ziyarətçilərə çimərliklərdə dincəlmək, üzmək və su idmanı ilə məşğul olmaq imkanı verir.

Səhra safari turları Dubayda ediləcək fəaliyyətlər arasındadır. Bu turlar Ərəb səhralarında cip və ya dəvə sürmək imkanı təklif edir və ziyarətçilərə bədəvi mədəniyyətini araşdırmaq imkanı verir.

Dubayda qonaqlama üçün lüks otellərdən butik otellərə qədər müxtəlif variantlar mövcuddur. Turistlər Dubayın dəbdəbəli otellərində qalaraq şəhərin unikal mənzərələrindən həzz ala bilərlər.

Kampaniyalar