FAQ

Sərnişin uçuşa gecikdiyi halda tur menecer uçuşun tarixini dəyişə bilər. Lakin bu halda Hava Yolları və rezervasiya edilən otel tərəfindən tam və ya müəyyən hissə cərimə tutula bilər. Qeyd etmək istəyirik ki, sərnişin uçuşa gecikdiyi təqdirdə, şirkətimiz ödənişin qaytarılması ilə bağlı məsuliyyət daşımır.

Vizasız Türkiyəyə, Rusiyaya, Gürcüstana, Albaniyaya, Bosniyaya, Makedoniyaya və Monteneqroya səyahət etmək mümkündür.

Xarici vətəndaşlardan yerli vətəndaşlardan əlavə olaraq oturum izni də tələb olunur.

Rəsmi iş yeri olmadan vizaya müraciət etmək mümkündür. Bu halda bir şəxs sizin səyahətinizin əhatə etdiyi müddətdə sponsor kimi durmalıdır. Bu şəxs iş yerindən arayış, bank hesabını və sponsorluq məktubunu təqdim etməlidir.

Vizaya ən azı 3 ay öncə müraciət etməlisiniz.
 

Bunlar otaq seçimi qədər vacib yemək planları seçimləridir! Yemək planı, müştəriləri otaq və yeməklə təmin etmək üçün otaq qiymətinə əlavə olunan bir plandır. Ən çox qarşılaşdığımız yemək planları: BB, AI və UAI
1. BB (bed and breakfast) - yalnız oteldə gecələmə və səhər yeməyi;
2. AI (all inclusive) - hər şey daxil (səhər yeməyi + nahar + axşam yeməyi + yerli içkilər);
3. UAI (ultra all inclusive) - hər şey daxil, lakin AI-dən fərqli olaraq buraya xarici içkilər də daxildir (səhər yeməyi + nahar + axşam yeməyi + yerli və xarici içkilər).

Dünyanın bütün otellərində check-in saat 14:00-15:00 aralığında, check-out isə 12:00-da həyata keçirilir. Check-in saatının 14:00-15:00 aralığında olması əvvəlki qonaqlar otağı tərk etdikdən sonra otağı yığışdırmaq üçün nəzərdə tutulub. Lakin daha öncə otaqda heç kim yaşamadığı və otaq təmiz olduğu təqdirdə, qonaq otağa daha tez yerləşdirilə bilər.

Turun ləğvi prosesi otelin və hava yollarının şərtlərindən asılıdır. Tur ləğv olunduğu zaman məbləğin ya hamısı, ya da müəyyən hissəsi cərimə kimi tutularaq müştəriyə qayıdır. Cərimə məbləği oteldən və hava yolundan asılı olaraq dəyişilir.

Sərnişinin pasportu olmadan otel rezervasiyası etmək mümkündür, lakin rezervasiyanın tamamlanması üçün uçuşa 1 həftə qalmış pasport məlumatları tur menecerinə təqdim olunmalıdır.

Hava limanına ən azı 3 saat öncə yaxınlaşmaq lazımdır.

Turun rezervasiyası üçün ümumi məbləğin ən azı 30%-i ödənilməlidir.

Həm aviabiletin, həm də səyahət paketinin ödənişini 4 üsulla həyata keçirmək mümkündür: 
1. Onlayn formada (link vasitəsilə);
2. MilliÖn ödəniş terminalı ilə;
3. Ofisdə POS-terminalla;
4. Aviabiletlər üçün nağd formada ofisdə ödənilə bilər.

Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul edilir.

Hər bir müştəri ilə səyahət paketi aldığı zaman rəsmi şəkildə müqavilə bağlanılır. 

Aviabilet əldə etmək üçün pasport məlumatları təqdim olunmalıdır. Yalnız Türkiyəyə həm şəxsiyyət vəsiqə ilə, həm də pasportla bilet əldə etmək mümkündür.

Tək şəxsiyyət vəsiqə ilə Azərbaycan vətəndaşları yalnız Türkiyəyə səyahət edə bilərlər. Digər ölkələrə səyahət etmək üçün pasport tələb olunur.

Heyvanların daşınması yalnız aviaşirkətin razılığı ilə həyata keçirilir və daşınan heyvanların sayı və növü üzrə məhdudiyyətlər mövcuddur. Ev heyvanınızı səfərə aparmaq qərarı verdiyiniz təqdirdə, təxsisetmə zamanı, aviabilet alarkən və ya aviaşirkətin məlumat mərkəzi vasitəsilə cədvəldə göstərilən uçuş vaxtından ən azı 24 saat əvvəl bu barədə məlumat verməlisiniz. Hava gəmisinin baqaj bölməsində daşınması üçün heyvanın (o cümlədən quşun) konteynerlə birlikdə çəkisi 75 kq-dan çox olmamalıdır.

Heyvanın uçuşa hazırlanması

Heyvanınızın uçuş ərzində sakitliyini təmin etmək üçün heyvan əvvəlcədən buna hazırlanmalıdır. Altı ay və ya daha əvvəl aviaşirkətin tələblərinə cavab verən daşıyıcı konteyner alın, içərisinə rahat, heyvana tanış olan döşənəcək salın və oyuncaqlarını qoyun – bura onun üçün həbsxana deyil, sevimli guşəsi olmalıdır. Heyvanın ev şəraitində qəfəsə alışmasına imkan yaradın.

Konteynerlə birlikdə çəkisi 32 kq-dan 75 kq-dək olan iri itlər təyyarənin baqaj bölməsində xüsusi qapalı konteynerlərdə aşağıdakı tələblərə uyğun olaraq daşınmalıdır:

Kampaniyalar