Səyahət sevənlər, yeni yerləri kəşf etmədən dayana bilməyənlər, alternativ tətilləri qiymətləndir...
Gəmi turları dünyanı səyahət etməyin prestijli və rahat yoludur. Siz inkişaf etmiş infrastruktura malik müasir gəmi ilə tur zamanı istirahətdən zövq alacaqsınız. Kruiz gəmisində çoxlu əyləncələr mövcuddur: hovuzlar, restoranlar, barlar və kafelər, kazinolar və mağazalar, uşaq klubu, teatr və gecə şouları. Bütün bunlar gün ərzində sizin ixtiyarınızdadır. Royal Caribbean kimi mütərəqqi kruiz xətləri ilə də gəmi turları mövcuddur. Onların donanması orijinal Broadway musiqili, inanılmaz su şouları, buz tamaşaları, həmçinin sörfinq, buz meydançası, külək tuneli və ya sirk trapezi kimi əyləncələrlə tanınır. Belə bir tətil, zənginliyinə və aktivliyinə görə uşaqlarla və ya bir qrup dostla kruiz üçün idealdır.
Digər kruiz xətlərindəki gəmi turları da öz dəbdəbəsi,restoranları və eksklüziv ekskursiyaları ilə əsl butik otel atmosferi yaradır. Belə səfərlərdə siz asanlıqla Ferrari ilə Monte Karlo ətrafında gəzə və ya Fransanın məşhur şərab evlərinə baş çəkə bilərsiniz.
Eyni zamanda bir yerdə dayanmırsız, dünyanı seyr edirsiz və bir səfərdə iki, üç, bəzən də dörd ölkə görməyə nail olursuz. Hərəkət edərkən baqajınızı mütəmadi olaraq çıxarmaq məcburiyyətində deyilsiniz və başınız mürəkkəb logistika, avtomobil icarəsi və ya qatar cədvəllərindən əziyyət çəkmir. Siz sadəcə hovuzda üzür, təmiz dəniz havasından həzz alır, özünəməxsus mətbəxi olan restoranlarda nahar edir, ulduzlar altında rəqs edir və səhər yeni ölkədə oyanırsınız.