Bu gün İzmirdə turistləri cəzb edən bir çox turistik yerlər var.Şəhər dəniz və dağ mənzərələri ilə məşhurdur. Xüsusilə, kənd yerlərindəki mənzərəli ərazilər trekking və təbiət gəzintiləri üçün məşhurdur.İzmir turları əsasən də yay ayları öz təbiəti,havası ilə də turistləri cəlb edir.

2040₼
3 Gün

Alaçatıda əyləncəli istirahət!

1115₼
5 Gün

Izmir Turu

616₼
4 Gün

İzmir turları haqqında

İzmir Türkiyənin qərbində, Egey dənizi sahilində yerləşən bir şəhərdir. Zəngin tarixi, mədəni irsi, gözəl çimərlikləri və dadlı yeməkləri ilə turistləri cəlb edir.Elə bu səbəbdən izmir turları kifayət qədər məhşurdur.

İzmir turları sayəsində adətən şəhərin tarixi yerlərini, muzeylərini və gözəl çimərliklərini kəşf edə bilərsiniz. Tarixi yerlərə Konak Meydanı, Saat Qülləsi, Kemeraltı Çarşısı, Kadifekale, İzmir Arxeologiya Muzeyi və Aqora Antik Şəhər daxildir.

Konak Meydanı İzmirin mərkəzi hesab olunur. Saat Qülləsi Konak meydanının ortasında yerləşir və İzmirin simvoludur. Kemeraltı bazarı Osmanlı dövründən qalan tarixi bazardır. Burada siz suvenirlər, əl işləri, ədviyyatlar, geyimlər və daha çox şey tapa bilərsiniz.

Kadifekale İzmirin qədim xarabalıqlarının yerləşdiyi bir təpədir. Burada həm tarixi xarabalıqları, həm də İzmirin gözəl mənzərəsini seyr edə bilərsiniz. 

Qısaca İzmir turları ən çox axtarılan turlardandır və hal hazırda ən münasib qiymətə  tur axtarırsınızsa elə indi bizə müraciət edib online sifariş edə bilərsiniz.

Kampaniyalar