Almaniya vizası üçün Hər il yüzlərlə şəxs səyahət və ya işgüzar səfər məqsədi ilə müraciət etməkdədir. Bu görə Almaniya vizası müraciəti şərtləri, Səfirlik tərəfindən tələb olunan sənədlər və müraciət ödənişləri kimi məsələlər bir çoxlarımız araşdırdığı mövzulardandır.
✅ Bu prosesin gedişi ilə əlaqədar lazım olan məlumatları sizin üçün hazırladığımız “Almaniya vizası haqqında” məlumatı oxuyaraq əldə edə bilərsiniz.
Almaniya vizası sayəsində siz bu ölkəyə səyahət edə bilərsiniz. Alman vizasi müraciət zamanı səyahətin məqsədi və müddətindən asılı olaraq müxtəlif viza növləri üçün müraciətlər edilir. Almaniya Şengen vizası aşağıdakı məqsədlərlə alına bilər:
• Almaniya turist vizası
• C Tipi (Qısamüddətli) Viza
• D Tipi (Uzunmüddətli) Viza
• Ailə və ya dostlara ziyarət vizası
• Almaniya tranzit vizası
• Tibbi müayinə yaxud müalicə
• Almaniya Qısa müddətli təhsil və təcrübə vizası
• Almaniya Ticarət Vizaları
• Almaniya Mədəni, İdman Fəaliyyətləri və Konfransda İştirak vizası
Almaniya Şengen vizası tək girişli və çox girişli ola bilir. Bu vizalar 3, 6, 12, 24 aylıq və 5 illik ola bilir. Alman vizasi üçün 90 gündən çox müddət yalnız təhsil üçün verilir.
Almaniya vizasina müraciət edən zaman sizə lazım olan sənədlər bunlardır:
1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
2. . Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
3. Şəxsiyyət vəsiqənizin surəti
4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
5. Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
6. Adınıza olan bank hesabından arayış* və çıxarış
7. Adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
9. 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
13. İngilis dilində doldurulmuş ərizə forması
14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
✅ Alman vizasi növləri haqqında daha ətraflı səfinə aşağı hissələrində məlumat əldə edə bilərsiniz.
Daha ətraflı məlumat üçün əsas səhifəmizə keçid edin
Almaniyaya is vizasi almaq bir çoxları üçün çətin proses kimi gəlir. Lakin diqqət etməli olduğunuz nüanslara ciddi yanaşsanız bu elədə çətin proses olmayacaqdır. İlk əvvəl Almaniya iş axtaran vizasına toxunaq. əsasən 6 aya qədər icarə verilən bu vizaya kimlər müraciət edə bilər?
Təcrübə əldə etmək istəyən yeni məzunlar Almaniyaya is vizasindan əvvəl iş axtaran olaraq müraciət etməklərini məsləhət görürük.
İş axtaran vizası üçün tələb olunan sənədlər :
✅ Ərizə forması. ingilis və ya alman dilində tam doldurulmuş sənəd
✅Passport. Almaniyanı tərk etdiyiniz vaxtdan minimum 3 ay müddətində etibarlı olması mütləqdir.
✅ Şəkil. Almaniyaya is vizasi üçün 3 şəkil ağ fonda olmalıdır.
✅Şəxsiyyət vəsiqəsinin surəti.
✅ Yaşayış icazəsi/vizası surəti. Etibarlılıq müddəti Almaniya ərazisini tərk etdiyiniz tarixdən minimum 3 ay müddətində olmasi şərtdir.
✅ Fotokopiyalar. Pasportunuzun əsas səhifəsinin və əvvəlki Şengen vizalarınızın və ya Almaniyaya is vizasi üçün icazə sənədinin surəti
✅ (Motivasiya məktubu). Müraciət edən şəxs hazırkı və gələcək karyera planlarını, işə düzəlmək üçün planını, işləri yaxşı getməsi haqqında məlumat verməlidir.
✅ CV (Tərcümeyi-hal): Şəxsi, əlaqə məlumatları əhatə etsin kifayətdir.
✅ Köhnə iş təcrübəsindən sertifikatlar.
✅ İxtisası təsdiq edən sənəd
Almaniya viza qiymetleri 2024
Almaniya viza qiymetleri 2024 üçün məlumat almaq istəyirsinizsə yazı sizin üçün faydalı ola bilər. İlk əvvəl onu deyək ki, Avropa ğlkələrinə xüsusilə turist vizası üçün 2 yolla sənəd göndərə bilərsiniz:
Şengen viza ilə
-Getmək istədiyiniz ölkənin səfirliyinə müraciət edərək.
almaniyaya viza qiymetleri 2024 ilə maraqlanan şəxslər Şengen viza haqqında ətraflı məlumat üçün Linkə daxil ola bilərlər. Əgər siz sadecə Almaniyaya getmək üçün turist vizası əldə etmək istəyirsinizsə bir başa səfirliyn özünə müraciət edə bilərsiniz. Qeyd edək ki, qiymət 35 Dollar təşkil edəcək. Bir çoxları Şengen vizaya müraciət etməmə səbəbləri qiymətinin yüksək olmasıdır ki, əgər siz sadecə bir ölkəyə səyahət edəcəksinizsə o zaman Shengen vizasına müraciət etməyinizə ehtiyyac yoxdur.