Amerika Birləşmiş Ştatlarına viza əldə etmək üçün Aztur.az-a müraciət edə bilərsiniz. Əgər Amerikaya viza almaq arzunuz varsa, biz bu arzunuzu reallaşdıra bilərik.
Yaşayan hər bir səyahətçinin dünya üzərində bir gün olmaq istədiyi nöqtələri özündə birləşdirən bir siyahısı olur. Əgər dünya xəritəsi üzərində səyahətçilərin arzuladığı bu nöqtələri qırmızıyla işarələsəydik, sözsüz ki, ABŞ xəritədə başdan-ayağa qırmızıya boyanmış olardı. Nyu-Yorkun Azadlıq heykəli, Mərkəzi Parkı, Manhetteni, Vaşinqtonun Ağ Evi, Mayami sahilləri, Arizonanın Böyük Kanyonu, Las Veqas kazinoları, San-Fransiskonun “Golden Gate” körpüsü və saymaqla bitməyəcək bu yerlər bir çox səyahətçinin xəyalını bəzəyir. "Amerikan xəyalına" gedən yol isə əlbəttə ki, Amerikaya viza almaq prosesindən başlayır.
ABŞ vizasının fərqli səbəb və məqsədlərə uyğun bir çox növü vardır. Təməl olaraq isə bu vizalar iki növə ayrılır: miqrant və qeyri-miqrant vizaları. Miqrant vizaları ABŞ-da daimi yaşamaq hüququ əldə etmək istəyən şəxslərin müraciət etdiyi viza növləridir. Ailə birləşməsi, daimi işlə təmin olunma və s. kimi şərtlər altında şəxslər miqrant vizalarına müraciət edə bilərlər.
Ən çox istifadə olunan vizalar qeyri-immiqrant vizalarıdır. Bu növ vizalar turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər səbəblər üçün nəzərdə tutulub. Əgər siz də Amerikaya viza almaq istəyirsinizsə, müraciətinizə uyğun viza növünü seçmək üçün bizdən dəstək ala bilərsiniz.
Azərbaycan vətəndaşları üçün bu vizanın müddəti 1 il ərzində 6 ayı əhatə edir. Yəni, siz bu vizanı əldə edərək vizanızın verildiyi gündən hesablanaraq 1 il sonrasına qədər hər bir girişdə ABŞ-da maksimum 6 ay qala bilərsiniz. Dəqiq qalma müddəti isə ölkəyə daxil olarkən miqrasiya işçisi tərəfindən təyin edilir.
Məsələn, 2020-ci ilin May ayında Amerikaya viza almaq üçün müraciət edərək bu vizanı əldə etmisinizsə, vizanız 2021-ci ilin May ayına qədər aktiv olacaq. Bu müddət ərzində ABŞ-a bir neçə dəfə giriş-çıxış edə bilərsiniz.
Amerikaya viza almaq üçün aşağıdakı sənədləri təqdim etməlisiniz:
Bu sənədləri təqdim etməklə Amerikaya viza almaq prosesinizi müvəffəqiyyətlə başa çatdıra bilərsiniz.
Amerikaya viza almaq şansınız təqdim etdiyiniz profilə və müsahibədəki performansınıza bağlıdır. İş yeriniz, bank hesabınız və təqdim etdiyiniz sənədlərin düzgünlüyü sizin müraciətinizə müsbət təsir göstərəcək.
Əlavə olaraq, səyahət tarixçənizin zəngin olması ABŞ səfirliyindən viza alma şansınızı artırır. Şengen və digər Avropa ölkələrinə səfərləriniz varsa, bu, konsulun sizin müraciətinizə müsbət yanaşmasına təsir edəcək.
Amerikaya viza almaq yalnız birinci addımdır. Vizadan sonra səyahətinizi planlamaq vacibdir. ABŞ-da səyahət edəcəyiniz yerləri əvvəlcədən seçərək aviabiletlərinizi və otellərinizi bron etməlisiniz. ABŞ kimi böyük bir ölkədə bir neçə fərqli şəhəri ziyarət etməyi planlaşdırırsınızsa, daxili uçuşlar üçün əlavə büdcə ayırmağı unutmayın. Həmçinin, ABŞ-da qalacağınız müddət ərzində gündəlik xərclərinizi planlaşdırmaq üçün səyahət büdcənizi dəqiq hesablamalısınız. Orta hesabla, gündəlik yemək, nəqliyyat və əyləncə xərcləri üçün 80-100 ABŞ dolları nəzərdə tutmaq kifayətdir. ABŞ vizasını əldə etdikdən sonra səyahətinizə rahat başlamaq üçün Aztur.az-ın xidmətlərindən yararlanın. Vizadan aviabiletlərə qədər hər mərhələdə yanınızdayıq!
Siz də Amerikaya viza almaq üçün peşəkar dəstək və məsləhət almaq istəyirsinizsə, "Aztur" MMC ilə əlaqə saxlayın! 😊