Çexiya viza dəstəyi üçün Aztur.az-a müraciət edə bilərsiniz. Hər il təqribən 9 milyon turist Çexiyaya səyahət edir. Çexiya qalalarla əhatə olunmuş və qədim tarixə malik ölkələrdən biridir. Praqa isə Çexiyanın ən məşhur şəhərlərindən biridir. Çexiya viza almaqla Şengen zonasında bu gözəl ölkəyə səhayət edə bilərsiniz.
Çexiyaya səfər etmək üçün Çexiya vizası almaq vacibdir. Vizanın 2 növü var:
Qısamüddətli (90 günə qədər)
Multiviza (90 gündən artıq)
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Adınıza olan karta bağlı bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
Bank kartınızın əsas üzünün surəti
Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları barədə həmin otellərdən alınmış imza və möhürlü təsdiq məktubları
Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
İngilis dilində və yalnız böyük hərflərlə doldurulmuş ərizə forması
Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
Əgər turistik yox, işgüzar səfərlə bağlı Çexiya viza müraciəti olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır.
Cexiya viza almaq istəyənlər üçün bir neçə fərqli seçim mövcuddur. Əsasən turistlər qısamüddətli Şengen vizasına üstünlük verirlər, lakin tez-tez səfər edənlər üçün multiviza daha əlverişlidir. Hər iki viza növü fərqli məqsədlərə xidmət edir və müraciət zamanı tələb olunan sənədlər dəyişə bilər. Sizin səfər məqsədinizə uyğun doğru viza növünü seçmək üçün Aztur.az peşəkar məsləhətçiləri sizə kömək edəcəkdir.
Cexiya viza müraciət edərkən rəsmi rüsumlar ödəmək vacibdir. Qısamüddətli vizalar üçün rüsum məbləği fərqlidir, uzunmüddətli vizalar isə əlavə xərclər tələb edə bilər. Ödənişlər bank vasitəsilə və ya onlayn sistemlər üzərindən həyata keçirilə bilər. Vizaya müraciət etməzdən əvvəl tələb olunan məbləğlər və ödəniş üsulları haqqında dəqiq məlumat əldə etmək üçün Aztur.az-ın dəstək xidmətinə müraciət edə bilərsiniz.
Çexiya viza müraciətlərinin rədd edilmə səbəbləri arasında sənəd çatışmazlığı, yanlış məlumat təqdim edilməsi və ya maliyyə vəziyyətinin yetərsiz olması yer alır. Sənədlərin düzgün hazırlanması və təqdim edilməsi vizanın uğurla əldə olunmasında mühüm rol oynayır. Əgər viza müraciətiniz rədd edilərsə, yenidən müraciət etməzdən əvvəl səhvlərinizi düzəltmək üçün peşəkar dəstək almaq tövsiyə olunur. Aztur.az komandası sizə bu mövzuda dəstək göstərməyə hazırdır.
Cexiya viza prosesi haqqında ətraflı məlumat əldə etmək üçün Aztur.az-a müraciət edə bilərsiniz.
Aztur.az viza dəstəyi xidmətini təklif edir.