Finlandiya viza dəstəyi
Finlandiya viza dəstəyi üçün Aztur.az-da müraciət edə bilərsiniz. Biz sizlər üçün yüksək xidmət, sərfəli qiymətlər təklif edirik.
Finlandiya soyuq ölkələrdən olsa da, hər il buraya milyonlarla insan axın edir. İnkişaf etmiş ölkədir, özünəməxsusluğu ilə digər ölkələrdən fərqlənir. Ölkənin ən məşhur yeri Laplaniyadır. Xüsusilə Yeni il ərəfəsində hər kəs Laplandiyaya üz tutur. Yüksək təhsili ilə seçilən bu ölkəyə turistlərdən əlavə hər il minlərlə tələbə axın edir. Ölkəmizdən də burada təhsil alanların sayı heç də az deyil.
Şengen ölkələri siyahısında yer alan Finlandiyaya səayhət etmək üçün Şengen vizasına müraciət etmək lazımdır ki, vizaya müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları ola bilər.
Finlandiya viza dəstəyi üçün sənədlər
Finlandiya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
- Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
- İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
- Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
- Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
- Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
- Şəxsiyyət vəsiqənizin surəti
- Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
- İngilis dilində doldurulmuş ərizə forması
- Onlayn ödəniş çekinizin çap versiyası
- Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
- 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
- Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
- Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
- Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası