Fransa vizasi viza dəstəyi haqqında

 

Fransa vizasi sayəsində bu möhtəşəm ölkəni siz də səyahət edə bilərsiniz. Arzuların əhəri Paris ən çox turistin axın etdiyi məkanlardan biridir. Xüsusilə 14 Fevral “Sevgililər Günü”ndə bura saysız hesabsız cütlüklər səyahət edir. Lakin Fransanın ən gözəl və yeganə turistik şəhəri Paris deyil əlbəttə ki. Bu qədim olkənin tarixi abidələrdə zəngin bir çox bölgəsi, şəhərləri vardır. Xüsusilə muzeylər, kitabxanalar, qədimi memarlıq abidələri ilə zəngin olan Fransaya, Şengen vizası ilə getmək mümkündür. 
Fransaya viza:
•    Turistik,
•    Tibbi müayinə və müalicə,
•    Təhsil,
•    Ailə və yaxın dostları səyahət,
•    İşgüzar səfərlər məqsədilə səyahət etmək mümkündür. 
Viza müddəti 3 aydan 2 ilə kimi verilə bilər. Adətən isə 90 günlük müddət verilir ölkədə qalmaq üçün. 

 

Fransa Şengen vizası üçün müraciət

 

Fransa Şengen vizası üçün müraciət etməyi düşünürsünüzsə, bu sənədləri hazırlamalısınız:
•    Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
•    Ə vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
•    Şəxsiyyət vəsiqənizin surəti
•    Adınıza olan bank hesabından arayış* və çıxarış 
•    Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
•    2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
•    Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
•    Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
•    Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
•    İngilis dilində doldurulmuş ərizə forması
•    Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
•    Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
•    İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
•    Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət 

Viza sifariş et
Kampaniyalar