İndoneziya vizasi haqqında

 

İndoneziya vizası əldə etmək üçün Aztur.az-a müraciət edə bilərsiniz. Bu gözəl ölkəni səyahət etmək arzunuz varsa, biz reallaşdıraraq. 
İndoneziya arxipelaqı Sakit okean hövzəsində yerləşir. Ölkədə 400-dən çox vulkan var, onların təxminən 150-i aktivdir. Gündəlik İndoneziyada ən az üç zəlzələ qeydə alınır.
Ölkənin 50% -dən çoxu meşələrlə örtülüdür. İndoneziya, Braziliyadan sonra tropik meşələrin sayına və onların məhv olmasına görə dünyada ikinci yerdədir.


İndoneziya vizasi bir neçə kateqoriyada verilir.

Bu kateqoriya və viza növləri aşağıda qeyd olunub:

 

  • İndoneziya Turist Vizası
  • İndoneziya Ailə/Dost Ziyarəti Vizası
  • İndoneziya Biznes Vizası
  • İndoneziya Jurnalist Vizası
  • İndoneziya Diplomatik Vizası
  • İndoneziya Mədəni Ziyarət Vizası
  • İndoneziya Tədqiqat Vizası
  • İndoneziya Qısamüddətli Vizası


İndoneziya qısamüddətli viza sahibləri 90 günədək İndoneziyada qala bilərlər. Bu viza üçün müraciət səbəbləri turizm, ailə və ya dostlarını ziyarət etmək, işgüzar səfərlər, qısamüddətli təlim, mübadilə proqramları, qısamüddətli iş və bir çox digər müvəqqəti səbəblər ola bilər. Hər bir viza müraciəti növü, viza rüsumu, proses müddəti, viza üçün harada müraciət edəcəyiniz barədə məlumatları və bütün tələb olunan sənədləri yazımızdan nəzərdən keçirə bilərsiniz.

İndoneziya vizasi üçün tələb olunan sənədlər :

 ✅ Pasport: Sizə ən azı altı ay etibarlı olacaq xarici pasport lazımdır.
 ✅Viza üçün Ərizə Forması: İndoneziyanın rəsmi saytından və ya səfirliyindən əldə edilə bilən viza ərizəsi formasını əldə etməlisiniz. ( daha ətraflı aşağı hissəyə baxın)
 ✅ 3*4 çəkilmiş Foto:  indoneziya vizasi üçün Son altı ay ərzində çəkilmiş və müəyyən ölçülərə uyğun biometrik fotoşəkil tələb olunur.
 ✅Səyahət haqqında : Uçuş bileti  eyni zamanda rezervasiyanızı və ya səyahət planınızı göstərən sənədləri təqdim etməlisiniz.
 ✅Rezervasiya haqqında məlumat: indoneziya vizasi üçün burada qalacağınızı bildirən otel rezervasiyası və ya dəvət məktubu mütləqdir.
 ✅ Maliyyə Sənədləri: İndoneziyada olduğunuz müddətdə məvacib üçün bank çıxarışlarına ehtiyyac vardır.
 ✅ Həyat Sığortası: Sağlamlıq problemlərindən qorunmaq üçün Səyahət sağlamlıq sığortası önəmlidir.
 ✅ Ödəniş: indoneziya vizasi üçün  Viza müraciəti haqqını ödəmək üçün nağd pul və ya kredit kartı tələb olunur.
 ✅  Digər Sənədlər: Müraciət prosesi, xüsusən də səfər məqsədinizdən asılı olaraq bəzi əlavə sənədlər tələb edə bilər.

Viza sifariş et
Kampaniyalar