İrlandiya vizasi haqqında

 

İrlandiya vizasi sayəsində siz bu ölkəyə səyahət edə bilərsiniz. İrlandiya sakit və gözəl təbiətə sahibdir. Turistlərin marağını cəlb edən ölkə olduqca gözəldir. Əsl meqalitlər, zümrüd rəngli təbiətin və ağ okean dalğalarının fonunda orta əsr qəsrləri İrlandiyaya səyahət üçün turistlərə təklif edilən vədlərin ancaq bir hissəsidir. Qar nadir hallarda yağsa da tez əriyir. Hətta, irlandlar öz aralarında zarafat edib belə deyirlər: "Yay qışdan yalnız yağışa görə fərqlənir. Yayda isti, qışda isə soyuq yağışlar yağır".
Ada iki hissədən - Birləşmiş Krallığın tərkibində olan Şimali İrlandiyadan və ərazisinə görə daha böyük olan müstəqil İrlandiya Respublikasından ibarətdir.
Viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.

İrlandiya vizasına müraciət

İrlandiya vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  • Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  • Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  • Şəxsiyyət vəsiqənizin surəti
  • İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  • Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  • Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  • Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  • 2 ədəd 3.5x4.5 ölçüdə, ağ fonda şəkliniz
  • Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  • Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  • Səfərinizi tam əhatə edəcək və minimum 30.000 EUR dəyəri əhatə edən səyahət sığortası
  • İngilis dilində doldurulmuş ərizə forması
  • Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  • Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu.
Viza sifariş et
Kampaniyalar