İspaniya vizasi haqqında
İspaniya vizasi sayəsində bu ölkəni səyahət etməyiniz mümkündür. Olduqca gözəl ölkələrdən biri olan İspaniyaya hər il milyonlarla insan axın edir. Azərbaycanda da çox sayda insanların üz tutduğu bu ölkəyə səyahət Şengen vizası sayəsində mümkündür. İspaniya incəsənətin və mədəniyyətin beşiyi hesab olunur. Madrid və Barselona ən məşhur şəhərlərindən biridir. Digər ölkələrdən fərqli üslubda dizayn olunan binaları, qədim arxitekturaya sahib memarlıq abidələri ilə fərqlənir.
İspaniya Şengen ölkələri siyahısına aiddir. Viza növünə müraciət səbəbləri;
- turizm,
- ailə və ya dostlara ziyarət,
- işgüzar səfər, tibbi müayinə və ya müalicə,
- qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər.
İspaniya vizasi üçün sənədlər
Şengen viasına müraciət zamanı aşağıdakı sənədlər tələb olunur:
- Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
- Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
- Şəxsiyyət vəsiqənizin surəti
- Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
- Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
- İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
- Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
- Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
- 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
- Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
- Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
- Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
- İngilis dilində doldurulmuş ərizə forması
- Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu
Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır.
Aztur.az-a viza dəstəyi üçün müraciət edə bilərsiniz.