Misir vizasi haqqında

Misir vizasi sayəsində siz bu möhtəşəm ölkəyə səyahət edə bilərsiniz. Misir fərqli təbiətə, zəngin təbii ehtiyatlara, qeyri-adi tarixi memarlıq abidələrinə sahibdir. Səyahət edilməli ölkələr siyahısında ilk yerlərdə gələn Misir, Nil çayının sahilində salınmış qədim ölkələrdən biridir. Viza sayəsində bu tarixi məkanları görmək imkanına sahibsiniz. Aztur.az-a müraciət edərək Misir vizasını daha asan yolla əldə edə bilərsiniz. 

Misir vizası üçün tələb olunan sənədlər

Misir vizası əldə olunduqdan sonra siz bu ölkəyə səyahət edə bilərsiniz. Səyahət adətən:

  1. turistik
  2. işgüzar səfər olaraq edilir.

Sənədlər təqdim olunduqdan sonra viza cavabı adətən, müraciət edildikdən 3-5 iş günü sonrasına qədər çıxmış olur.

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Şəxsiyyət vəsiqənizin surəti
  3. İş yerindən arayış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış)
  4. 2 ədəd 3x4 ölçüdə şəkliniz
  5. Səyahətiniz üçün etdiyiniz aviabilet və otel bronları
  6. İngilis dilində doldurulmuş ərizə forması
  7. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Əgər siz, Şarm əl-Şeyx şəhərinə səyahət etmək istəyirsinizsə, yaxşı olardı ki, Şarm əl-Şeyx vizası üçün müraciət edəsiniz. Çünki əksər hallarda Misir vizası alınsa belə, bu şəhərə həmin viza ilə giriş mümkün olmur.

Viza sifariş et
Kampaniyalar