Ankara şəhərində beynəlxalq "Travel Expo Ankara" turizm sərgisi keçirilib.

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində beynəlxalq "Travel Expo Ankara" turizm sərgisi keçirilib.

 

Açılış mərasimində Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz, Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy və b. dövlət rəsmiləri, 150-dən çox yerli və xarici turizm şirkətlərinin rəhbərləri, sağlamlıq mərkəzlərinin nümayəndələri və jurnalistlər iştirak edib.

 

Turizm sərgisində Azərbaycanı Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov, "SKAL Baku" turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurov, şirkət rəhbərləri və başqa turizm peşəkarları təmsil edib.

 

19 noyabrda bitən tədbirdə Ankaranın turizm potensialı, tarixi abidələri, sağlamlıq turizmi və digər turizm növləri tanıdılıb. Üç gün ərzində 20-dən çox müzakirədə 100-dən çox spiker iştirak edib.

Kampaniyalar