Azərbaycan Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.
Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.
Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.