22 fevral 2023-cü il, Gəncə – “Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır. Reyslər hər həftə yerinə yetiriləcək.
Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.