Sibir Hava Yolları turizm şirkətlərinə XƏBƏRDARLIQ edib — QADAĞA

Sibir Hava Yolları ASC (S7 Hava Yolları) Azərbaycanda fəaliyyət göstərən agent və subagent şirkətlərə xəbərdarlıq edib.

«S7 Airlines» blanklarında hesablanmış və paylama sistemində göstərilən bilet dəyərindən aşağı qiymətə, habelə tövsiyə olunan agentlik xidməti haqqı daxil olmaqla aviabiletlərin təklif edilməsi, bron edilməsi və satışı qadağandır.

 

Sentyabrın 1-dən etibarən bu tələblərin pozulması faktları aşkar edilərsə, S7 Hava Yolları əvvəlcədən xəbərdarlıq etmədən hər hansı satış kanalında belə pozuntulara yol vermiş agentliyi (agentlik subagentləri daxil olmaqla) aviaşirkətin satış resurslarından ayırmaq hüququnu özündə saxlayır.

Kampaniyalar