“Təəssüf ki, texniki problemə görə bu gecəki uçuşları ləğv etmək qərarına gəldik. Bütün sərnişinlərimizdən üzr istəyirik.

“Təəssüf ki, texniki problemə görə bu gecəki uçuşları ləğv etmək qərarına gəldik. Bütün sərnişinlərimizdən üzr istəyirik.

 

Bunu Türk Hava Yolları aviaşirkətinin mətbuat katibi Yahya Üstün KİV-ə açıqlamasında bildirib. O, qeyd edib ki, ləğv edilmiş reyslərə bileti olan sərnişinlərimizin narahatlığını minimuma endirmək üçün bütün komanda səfərbər olunub.

 

Bildirilib ki, sərnişinlər THY-nin rəsmi internet saytına və çağrı mərkəzinə daxil olaraq uçuş və bilet dəyişiklikləri ilə bağlı ətraflı məlumat ala bilərlər.

 

Qeyd edək ki, şəbəkə infrastrukturunda yaranan problemlər səbəbindən Türk Hava Yolları aviaşirkəti 19:00-22:00 arası bəzi hava limanlarından bütün uçuşları ləğv edib.

Kampaniyalar